Beton plitə kişinin üstünə düşdü - Tərtərdə


16:55     28 May 2016 fehle6.jpg


Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. Femida.az bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, mayın 27-də Tərtər rayonunun Köçərli kəndində Mansur Kərimli idarə etdiyi “Zoomlion” markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi “Shacman” markalı avtomobilə yükləyərkən beton plitə M.Orucovun üstünə düşüb. O xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 1313