Ot üstündə qulağını kəsdilər - FOTOLAR
17:13 28 May 2016
Ot üstündə əmiuşaqları arasında yaranan mübahisə nəticəsində kütləvi dava baş verib.
Kənd sakini 72 yaşlı Hüseyn İsiyevin evinə hücum edən şəxslər balta ilə ona çoxsaylı xəsarət yetirib, 42 yaşlı oğlu Rəfael İsiyevin isə hər iki qulağını kəsiblər.
Rəfael İsiyevin sözlərinə görə hücum edənlər qardaşı uşaqları - Zamin, Şahrza Bəybala İsiyevlər və qonşuları Sulduz, Eldost, Sakit Əliyev qardaşlarıdır.
Yaralılar səhər saat 09:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Emin Səfərov - həkim-travmatoloq:“Xəstələrdən birində hər iki xarici qulaq seyvanının tam travmatik amputasiyası. Digərində isə sağ budun əzilməsi və sol dirsəyin qapalı travması. İndiki vəziyyətləri stabildir. Hər iki qulağı travmatik amputasiya olunmuş xəstənin durumu orta ağır dəyərləndirilir.”(RegionTv)
Oxunub: 6993
Oxşar xəbərlər
- Ötən il Azərbaycana 3 milyona yaxın turist gəlib
- Ötən ilin 11 ayında 22 bank filialı bağlanıb
- Ötən günün statistikası: 63 cinayət
- Ötən gün 102 cinayət faktı qeydə alınıb
- Ötən gün 100 cinayət faktı qeydə alınıb
- Ötən gün 78 cinayət faktı qeydə alınıb
- Ötən gün 98 cinayət faktı qeydə alınıb
- Ötən gün 100 cinayət törədilib
- Ötən gün 94 cinayət faktı qeydə alınıb
- Ötən günün yol qəzaları - 12 ölü, 29 yaralı