Psixotrop həb satanlar ələ keçdi


19:59     28 May 2016 psosot.jpg

Bakıda psixotrop həb satışı ilə məşğul olan iki nəfər saxlanılıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Orxan Səfərovdan 5 ədəd psixotrop həb (ekstazi) götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq ona həbləri satmış Həsən Həsənov da tutulub və ondan 10 ədəd ekstazi götürülüb.

Açar sözlər:

Oxunub: 666