Qoyun oğrusu tutuldu


20:41     28 May 2016 93e2b801df31198e72b970298823a709.jpg

Şabranda oğurluqla məşğul olan şəxs tutulub.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də rayon sakini Rafiq Qafarova məxsus yardımçı təsərrüfatdan 34 baş qoyun oğurlamış həmyerlisi Tahib Əmiraslanov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 rayon sakininə məxsus evlərdən pul, qızıl əşyalar və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 1327