Gürcüstan vətəndaşı Gəncədə döyüldü


18:13     28 May 2016 1367572794_dava-dalas.jpg

Gəncədə döyülmə faktı qeydə alınıb.


Femida.az APA-ya istinadən bildirir ki, Gürcüstan vətəndaşı, hazırda Göygöl rayonunda yaşayan 1964-cü il təvəllüdlü Qulam Əhmədoğlu beyin silkələnməsi və burun sümüyünün sınığı əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb.

Özünün dediyinə görə, o, şəhərin "Dubay bazarı" adlanan ərazisində 3 nəfərin hücumuna məruz qalaraq döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 941