21 min manatlıq heyvan alıb pulunu vermədilər - Ucarda


18:28     28 May 2016 hebs0.jpg

Dələduzluq etdiklərinə görə tutulmuş şəxslərin digər əməlləri üzə çıxıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dələduzluq etdiklərinə görə ötən il dekabrın 18-də Ucar RPŞ tərəfindən tutulmuş Sarvan Qədimalıyevin və Fehruz Əliyevin ətrafında Zərdab RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Ağcabədi rayon sakini Niyaməddin Əliyevlə birgə 2015-ci ilin aprel-may ayları ərzində Qəbələ rayonunun 8 sakinini aldadıb onlardan ümumilikdə 20640 manat dəyərində inək və qoyun almaları, lakin pulunu ödəməmələri müəyyən edilib.


Araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1058