Oğuzda öldürülən ayı quduz deyilmiş


18:40     28 May 2016 oguz%20ayisi%20%20(5).jpg

Oğuz rayonunda uşaq bağçasına hücum edərkən zərərsizləşdirilən ayıda quduzluqla bağlı ilkin müayinənin nəticəsi məlum olub.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Qurum rəsmisi bildirib ki, ilkin müayinə nəticəsində ayıda quduzluq aşkar edilməyib: "İlkin müayinə zamanı ayıda quduzluq xəstəliyinin əlamətləri müəyyən edilməyib. Amma bu hələ müayinələrin bitməsi demək deyil. Hazırda bakterioloji sınaqlar davam etdirilir. Bu müayinə 21 gündən sonra yekunlaşacaq. Bu sınaqlar yekunlaşandan sonra quduzluğun olub-olmaması tam dəqiq bilinəcək".

Açar sözlər:

Oxunub: 1569