İranda gənclərə 99 şallaq vurulacaq


22:33     28 May 2016 a3c822ae65dc12b479a6824f512907e91.jpg

İranda əxlaq polisinin əməkdaşları tərəfindən buraxılış bayramları zamanı ölkənin mənəvi kodeksini pozduqlarına görə saxlanılan 30-dan çox gənc 99 şallaq cəzasına məhkum edilib.



Femida.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Qəzvin şəhərinin prokuroru bildirib ki, gənclər yığıncaqda spirtli içki qəbul ediblər, həmçinin rəqs edərək əxlaqsız davranış nümayiş etdiriblər.

Məmurun sözlərinə görə, istintaqa cəmi bir gün vaxt sərf olunub.

Qeyd edək ki, İranda spirtli içkilərinq əbulu və kişilərinq adınlarla rəqsi qadağandır.

Açar sözlər:

Oxunub: 916