Pan Gi Mun İlham Əliyevə məktub göndərdi
22:07 28 May 2016
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik məktubunda deyilir: “Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırıram. Hazırda BMT daha davamlı, sağlam və dinc dünya üçün genişmiqyaslı planlar üzərində çalışır. Bu istiqamətdə səylərimizdə biz hər bir ölkənin qlobal vədlərini, xüsusilə Davamlı İnkişaf Məqsədlərini və İqlim Dəyişikliyinə dair Paris Sazişini yerinə yetirəcəyinə inanırıq.
Sizin Respublika Gününüz ölkənizin şərəfli tarixini qeyd etməyə və insan hüquqları, inkişaf və sülh kimi universal dəyərləri bir daha təsdiq etməyə fürsət yaradır. BMT müxtəlif mədəniyyətlərin ənənələrini bir məqsəd ətrafında birləşdirməklə çox sayda üzvləri əhatə etdiyinə görə olduqca şanslıdır.
Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir. Hamımız üçün daha yaxşı gələcək təmin etmək işində hökumətinizin BMT ilə əlaqələrini daha da dərinləşdirəcəyinə inanıram”.
Oxunub: 802
Oxşar xəbərlər
- Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib
- Pan Gi Mun Bakıya gəlib
- Pan Gi Mun prezidentlik fikrindən daşındı
- Pan Gi Munun qardaşına qarşı rüşvət ittihamı
- Pan Gi Mun 200 min dollar rüşvət alıb?
- Pan Gi Mundan önəmli çağırış
- Pan Gi Mun Trampla telefonda danışdı
- Pan Gi Mun Rusiya və ABŞ-a səsləndi
- Pan Gi Munun köməkçisi `ASAN Xidmət`i nümunə göstərdi
- Pan Gi Munun Bakı müraciəti: `Birgə çalışa bilərik`