Hacıqabulda 19 yaşlı qız özünü asıb


22:59     28 May 2016 600@0%20(52)1.jpg

Azərbaycanda son 3 gündə ikinci dəfə nişanlı qız intihar edib. Bu dəfə intihar hadisəsi Hacıqabulda baş verib.


ANS PRESS-in verdiyi məlumata görə, hadisə rayonun S. Almazov küçəsində olub.

1997-ci il təvəllüdlü Ağayeva Kifayət Vadar qızı yaşadıqları evin həyətindəki yardımçı tikilidə özünü asıb. Yaxınlarının bildirdiyinə görə, Kifayət nişanlı olub. Onun hansı səbəbdən intihar etməsi hələ ki bəlli deyil.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1127