Dünya liderləri İlham Əliyevi təbrik edir


23:58     28 May 2016 prezident%20mushavire%20pl07%20(1)63.jpg

Bu gün Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 98 il ötür.



Femida.az xəbər verir ki, bu milli bayram münasibətilə ölkə başçısı İlham Əliyevə dövlət və hökumət rəhbərlərindən, eləcə də nüfuzlu beynəlxalq təşkilatlardan təbrik məktubları göndərilməkdə davam edir.

Prezident İlham Əliyevə Çexiya Respublikasının Prezidenti Miloş Zeman, Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, İndoneziya Respublikasının Prezidenti Coko Vido, Omanın Sultanı Qabus bin Səid, Bruneyin Sultanı Hacı Həssənal Bolkiah, Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisena, San-Marino Respublikasının Kapitan-Regentləri, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yen Nam, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdüləziz Al-Nasser, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Qlıboçko, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel, İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru və ”Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut təbrik məktubu ünvanlayıb.

Açar sözlər:

Oxunub: 1257