Şəkidə 36 yaşlı qadın dərmandan zəhərlənib


00:13     29 May 2016 zeherlenmeee8.jpg

Şəkidə 36 yaşlı qadın dərmandan zəhərlənib.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini, 1980-ci il təvəllüdlü Hürüyyə Ağaəli qızı Şükürova bu gün günorta saatlarında zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, o, dərmandan zəhərlənib.

Reanimasiya şöbəsinə yerləşdirilən H. Şükürovaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 814