Çin prezidenti İlham Əliyevi təbrik etdi


00:30     29 May 2016 31501.jpg

Çin Xalq Respublikasının sədri (prezident) Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.



Femida.az xəbər verir ki, məktubda deyilir

"Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına və Hökumətinə Çin xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın gələcək rifahı naminə birgə səylərimiz Çin-Azərbaycan münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik və sülh arzulayıram".

Açar sözlər:

Oxunub: 1155