Qənirə Paşayeva hərbçilərlə görüşüb - FOTO
01:30 29 May 2016
Millət vəkili Qənirə Paşayeva Respublika Günü münasibəti ilə Müdafiə Nazirliyi əməkdaşları ilə görüşüb və ordumuzu təbrik edib.
Femida.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsində qurumun əməkdaşları qarşısında Respublika Günümüz, bayramımız münasibəti ilə çıxış edən Q.Paşayeva respublikamızın hansı böyük maneələr şəraitində qurulması, onun tariximizdəki böyük yeri və rolu, böyük şəxsiyyətlərimiz barədə danışaraq birlidib ki, müstəqil dövlətimizin varlığı hər bir azərbaycanlı üçün ən vacib, əziz və müqəddəs olmalıdır. Bütün ordumuzu bayram münasibəti ilə təbrik edən millət vəkili Q.Paşayeva aprel hadisələri barədə də geniş çıxış edib və düşmənin təxribatlarına cavab verən ordumuzun göstərdiyi qəhrəmanlığın beynəlxalq aləmdə, ölkə daxilində və müzakirələr masasına dəyişdiyi vəziyyət barədə danışıb və bütün şəhidlərimizin qarşısında hamımız baş əyirik deyib: “Bu gün Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz daha da inkişaf edir və güclü ordulardan birinə çevrilir, çoxlu sayda gənc peşəkar kadrlarımız yetişir”.
Q.Paşayeva bildirib ki, Azərbaycan qadını ən qədim zamanlardan bu günə qədər hər zaman öz ataları, qardaşları, həyat yoldaşları ilə bərabər vətən, millət üçün bərabər çalışıblar,vuruşublar və ordumuzda bu gün də bu ruha sahib qadınlarızı görməkdən hamımız çox məmunuq.
Daha sonra o, qurumun qadın əməkdaşları ilə də fikir mübadiləsi aparıb və onların bayramlarını bir daha təbrik edib.
Millət vəkili Q. Paşayeva tədbir çərçivəsində aprel döyüşlərində iştirak etmiş bəzi hərbiçilərimizlə də görüşüb,söhbət edib, təbrik və təşəkkür edib.
Oxunub: 1211
Oxşar xəbərlər
- Qənirə Paşayeva “ən yaxşı millət vəkili“ seçildi
- Qənirə Paşayeva İraqın baş naziri ilə görüşüb
- Qənirə Paşayeva AŞPA-da çıxış edib
- Qənirə Paşayeva fəxri vətəndaş oldu - Türkiyədə
- Qənirə Paşayeva BMT baş katibinin müavini ilə görüşüb
- Qənirə Paşayeva erməniləri susdurdu - AŞPA-da
- Qənirə Paşayeva sabiq prezidentlə görüşdü
- Qənirə Paşayeva tələbələrə çağırış etdi
- Qənirə Paşayeva Binəli Yıldırımla görüşüb
- Qənirə Paşayeva dağılmış şəhid məzarlarını bərpa etdirəcək