Ərdoğan ABŞ-ı tənqid etdi
03:16 29 May 2016
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PKK–nın Suriyadakı qolu olan PYD-ni dəstəkləməsini pisləyib. Bu barədə APA “Assoşieyted Press”ə istinadən xəbər verir.
“Bizim dostlarımız hesab olunanlar, bizimlə birgə NATO-ya üzv olanlar öz əsgərlərini PYD nişanlı hərbi geyimdə Suriyaya göndərə bilməzlər və göndərməməlidirlər”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, mətbuatda bundan əvvəl Suriyada kürd silahlı birləşmələrinin tərkibində PYD nişanlı hərbi geyimdə olan amerikalı hərbçilərinin olduğu barədə məlumat yayılıb.
Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ABŞ-ı PYD-ni dəstəklədiyinə görə dəfələrlə sərt tənqid edərək, Vaşinqtonu Türkiyə və ya PYD arasında seçim etməyə çağırıb.
Qeyd edək ki, Vaşinqton PYD-ni terror təşkilatı kimi tanımaqdan boyun qaçırır.
Oxunub: 728
Oxşar xəbərlər
- Ərdoğandan fransız jurnalistə SƏRT CAVAB
- Ərdoğan Parisdə tarixi razılaşma imzaladı
- Ərdoğan Fransaya, Çavuşoğlu Almaniyaya gedir
- Ərdoğan Həsən Ruhaniyə zəng edib
- Ərdoğan: “Bəşər Əsəd terrorçudur“
- Ərdoğana hücum oldu - VİDEO
- Ərdoğan Əliyevə zəng etdi
- Ərdoğan Putinə zəng etdi - Təşəkkür üçün
- Ərdoğan Qüds məsələsinə bu foto ilə reaksiya verdi
- Ərdoğandan Trampa sərt cavab: “İradənizi dollara satmayın“