Polislər dolma bükdü - FOTOLAR


01:06     16 İyun 2016 dolmaaa.jpg

ABŞ-ın Texas ştatının Hyuston şəhərində hüquq-mühafizə orqanları mənsubları üçün iftar süfrəsi açılıb.


"Raindrop" Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan ənənəvi iftar süfrəsində Hyuston şəhərinin baş polis rəisinin müavini Troy Finner də iştirak edib.

İlk dəfə Türk Mədəniyyət Mərkəzini ziyarət edən bölgə polis rəisi Metti Provost isə proqramda çıxışı zamanı Mərkəz işçilərinin doğru yolda olduqlarını vurğulayıb:

"Mən insanlara yardım etmək üçün polis peşəsini seçmişəm. Sizin də bu amalda olduğunuzu görürəm. İnsanlara yardımlar edirsiniz. Başladığınız bu işi davam etdirin".

Proqramın ən maraqlı hissəsi polislər arasında keçirilən dolma bükmə yarışması olub. Sonda iftar süfrəsində iştirak edən polislərə "Raindrop" Türk Mədəniyyət Mərkəzi adından "Təşəkkürnamə" və "Tərifnamə" verilib.







Açar sözlər:

Oxunub: 3712