Sarkisyan mühasirəyə alındı - Ermənistanda gərginlik artır


17:40     22 İyun 2016 serjik14.jpg

Ermənistanda Sarkisyana qarşı etirazlar səngimək bilmir. Xüsusilə aprel döyüşlərindən sonra məğlub duruma düşən hakimiyyətə qarşı yeni etiraz dalğaları yaranıb.


Femida.az Ermənistanın lragir.am saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Kond məhəlləsi deyilən ərazinin sakinləri etiraza qalxıblar. Onlar evlərinin sökülməsindən sonra küçədə qaldıqlarını bildiriblər. Bir qrup sakin Sarkisyanın iqamətgahını mühasirəyə alıblar. Onlar Sarkisyanın cavab verməyəcəyi təqdirdə iqamətgaha giricəklərini bildiriblər.

Onlar tikinti şirkətinin ödədiyi pulun çox az olduğunu və körpə uşaqları ilə küçədə qaldıqlarını bildiriblər. Etirazçıların sayınını getdikcə artdığını görən polis əməkdaşları əraziyə gəliblər və onları oradan uzaqlaşdırmaq istəyəndə insident yaşanıb.

Saytın yaydığı məlumata görə 200-ə qədər ailənin yaşadığı evlər tikinti şirkəti tərəfindən sökülsə də yeni mənzillərin tikintisinə hələ də başlanılmayıb. Nəticədə sakinlər küçədə gecələməyə məcbur olublar.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 24030