“Zaxarovanın dediklərini üzərimizə götürməməliyik”


15:47     24 İyun 2016 AAgF6pb7.jpg

“Zaxarovanın bəyanatı Rusiyanın mövqeyini əks etdirmir”


Bu sözləri Femida.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun fikrincə, Sankt-Peterburq görüşündə Madrid prinsipləri müzakirə olunmaya bilməzdi:

“Zaxarova dünən Sankt-Peterburq görüşünü şərh etdi. Bildiyimiz kimi, görüşün nəticələri müəyyən səbəblərə görə ictimaiyyətə açıqlanmadı. Aydındır ki, bütün görüşlərdə Madrid prinsipləri müzakirə olunur. Bu prinsiplərə görə, əvvəlcə 5, sonra isə 2 rayon işğaldan azad edilməli, daha sonra dəhliz və Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır. Əgər üç ölkənin prezidenti bir araya gəlibsə, deməli, bu məsələlər müzakirə olunub. Prezident İlham Əliyev də Putinlə görüş zamanı vurğulamışdı ki, Ermənistan qoşunları işğal altndakı torpaqlardan geri çəkməlidir”.

Politoloq bildirdi ki, Zaxarovanın səsləndirdiyi sərt ifadələr Azərbcana ünvanlanmayıb:

“Zaxarova təbii ki, görüşün iştirakçısı deyil. O, protokol naminə diplomatik xarakter daşıyan bəyanat səsləndirdi. Heç kəs düşünməsin ki, onun bəyanatında hansısa ssenari gizlənib. Zaxarovanın söylədiyi “vicdansız açıqlama” ifadəsi isə bəzi KİV-lərə ünvanlanıb. Çox güman ki, ermənipərəst jurnalistlərdən birinin sualından sonra o, bu cür ifadə səsləndirdi.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2539


Oxşar xəbərlər