`ASAN xidmət` 1 gün işləməyəcək


20:27     24 İyun 2016 asan%20x.jpg

“ASAN xidmət” mərkəzlərində 1 gün iş olmayacaq.


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Femida.az-a verilən məlumata görə, 26 iyun - Silahlı Qüvvələr günü ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində iyunun 26-ı qeyri-iş günü olacaq.

Vətəndaşlar iyunun 27-dən etibarən “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir.

Açar sözlər:

Oxunub: 1058