Azərbaycan nümayəndə heyəti İtaliyada


21:23     24 İyun 2016 italiyada.jpg

Azərbaycan Avtomobil Federasiyasının (AAF) nümayəndə heyəti İtaliyanın Turin şəhərinə yollanıb.


Federasiyadan Femida.az-a verilən xəbərə görə, AAF rəsmiləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) illik idman konfransında iştirak edir. İyunun 21-dən başlayan tədbirin əsas mövzusu avtomobil idmanının keçmişi, bu günü və gələcəyidir. Tədbir çərçivəsində, həmçinin yerli avtomobil federasiyalarının inkişaf strategiyaları, avtomobil idmanında təhlükəsizlik, avtomobil idmanı və avtomobil sənayesinin vəhdəti mövzularında panel müzakirələri aparılır.

Bakıda keçirilmiş Formula 1 üzrə Avropa Qran Prisi də konfransın diqqət mərkəzindədir. Tədbir zamanı yarışın yüksək səviyyədə təşkil olunduğu qeyd edilib. “Formula-1” üzrə dörd qat dünya çempionu, “Ferrari” pilotu Sebastian Fettel Bakıdakı yarışın çox gözəl təşkil edildiyini vurğulayıb.

Bu gün başa çatacaq konfransda dünya avtomobil idmanı və sənayesi nümayəndələri, avtomobil federasiyaları iştirak edir.

Açar sözlər:

Oxunub: 1141