Zabitlərə polkovnik rütbəsi verildi


22:57     24 İyun 2016 rutbe_4.jpg

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirdə müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

Şəxsi heyət rütbələrə təqdim olunmalarının Silahlı Qüvvələr günü ərəfəsinə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə daha da məsuliyyətlə yanaşacaqlarını xüsusi qeyd ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 10543


Oxşar xəbərlər