Xəstənin sağlam ayağı kəsən həkim işdən qovuldu


23:21     24 İyun 2016 xetse.PNG

Xəstənin ayağını səhv kəsən cərrah həkim Valeh Kərimov həkimlik fəaliyyətindən müvəqqəti uzaqlaşdırılıb.



Femida.az-ın məlumatına görə, Lent.az-a açıqlama verən, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün yaradılmış Komissiyanın qərarı verilənə kimi Valeh Kərimova heç bir əməliyyat verilməyəcək və fəaliyyəti Mərkəz tərəfindən müvəqqəti dayandırılır: "Komissiyanın qərarı çıxana kimi ona heç bir əməliyyat verməyəcəm".

Qeyd edək ki, Angioloji və Mikrocərrahiyə Mərkəzin cərrah həkimi Valeh Kərimov 87 yaşlı diabet xəstəsi Tərlan Məmmədovanın iltihablı ayağı yerinə səhvən sağlam ayağını kəsib.

Açar sözlər:

Oxunub: 1989