Prezident onlara general-mayor rütbəsi verdi - Siyahı


23:30     24 İyun 2016 prezident%20mushavire%20pl07%20(1)37.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.



Femida.az-ın məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

Polkovnik Bağırov Gəray Abbas oğlu
Polkovnik Əfəndiyev Ənvər Zəkəriyyə oğlu
Polkovnik Əlibəyov Elxan Əlibəy oğlu
Polkovnik Məmmədov Fuad Nadir oğlu.

Bundan başqa Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində fədakar əməyinə, Azərbaycanda təhsilin və mətbuatın inkişafında xidmətinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar həkim”

Əlləzov Çingiz Bayram oğlu – tibb xidməti polkovniki

“Əməkdar müəllim”

Məmmədova Nərgiz Qədir qızı

“Əməkdar jurnalist”

Hüseynov Rəşid Məmməd oğlu.

Açar sözlər:

Oxunub: 7609