Prezident fərdi təqaüd verdi - SƏRƏNCAM


00:21     25 İyun 2016 PREZIDENT%20ILHAM.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Abdulla Novruz oğlu Qurbanova və Yusif Yevgeniyeviç Axundzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Femida.az

Açar sözlər:

Oxunub: 2348