Obama da “Brexit“ə münasibət bildirdi


00:31     25 İyun 2016 141130-barack-obama-jms-2018_77d8d2ecae194a0123be49e0d06c72c6.jpg

“ABŞ Böyük Britaniya xalqının ölkənin Avropa İttifaqından çıxması qərarına hörmət edir”.


“RİA Novosti”nin verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

O qeyd edib ki, ölkəsinin Böyük Britaniya ilə xüsusi münasibətləri davam edir: “Britaniyanın NATO üzvlüyü ABŞ-ın xarici siyasəti, təhlükəsizliyi və iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumun yekun nəticələri elan edilib. Yekun nəticələrə əsasən, `Brexit`in lehinə 51,9 faiz səs verilib.

“Avropa İttifaqından çıxmağın lehinə 17 milyon 410 min 742 seçici səs verib. İttifaqın tərkibində qalmağın lehinə isə 16 milyon 141 min 241 səs verilib”, - rəsmi məlumatda qeyd edilib.

Açar sözlər:

Oxunub: 1050