ANAMA 8 partlayış yerini yoxlayıb


00:48     25 İyun 2016 anama51.jpg

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 24-də bir fermaya, 3 əkin sahəsinə, 8 partlayış yerinə baxış keçiriblər. Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat - “9M22U” qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Gün ərzində 10780 kvadratmetr ərazi minalardan təmizlənib.


ANAMA-nın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Füzuli rayonunun Horadiz kəndində üç əkin sahəsində 3 partlayış yerinə baxış keçirilən zaman partlamamış hərbi sursat aşkar edilməyib. Cəmi 2780 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 24-də Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 26 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1549 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Açar sözlər:

Oxunub: 1040