39 yaşlı kişi ofisdə intihar etdi


01:25     25 İyun 2016 1441444832_sirke_2ru73646646.jpg

Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.


Femida.az Report-a istinadən xəbər verir ki, 28 May küçəsi 9 ünvanında yerləşən ofisdə qeydə alınıb.

Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Vüsal Rəcəbov özünü öldürmək məqsədi ilə sirkə turşusu qəbul edib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq V.Rəcəb xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1398