Daha bir boksçumuz Rio olimpiadasında


03:44     25 İyun 2016 Rio-Logo.jpg

Daha bir boksçumuz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


Bu gün Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal döyüşləri keçirilib.

Təmsilçimiz Rüfət Hüseynov bu mərhələdə meksikalı Yoselito Velasquesə 2:1 hesablı qələbə qazanaraq finala çıxıb və Rioya lisenziya qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın Rio olimpiadasına qazandığı 55-ci lisenziyadır.

Femida.az

Açar sözlər:

Oxunub: 1294