İspaniya Cəbəllütariqi geri istədi


02:51     25 İyun 2016 ispaniya0.jpg

“Böyük Britaniya Avropa İttifaqından (Aİ) ayrıldığına görə, Cəbəllütariq bölgəsi İspaniyanın himayəsinə verilməlidir”.


Femida.az Türkiyə mətbautına istinadən xəbər verir ki, bunu İspaniya Xarici İşlər naziri Xose Manuel Qarsia-Marqalyo deyib:

“İki ölkə arasındakı müzakirəli bölgə olan Cəbəllütariqdə İspaniyanın bayrağının dalğalanmasına az vaxt qalıb. Dünənki referendumda Cəbəllütariq bölgəsinin 95.91 faizi Aİ qalmaq üçün səs verib. Böyük Britaniyanın Aİ ayrılması bizi narahat etdi. Ancaq bunu Aİ sonu hesab etmək olmaz”.

Femida.az

Açar sözlər:

Oxunub: 1481