Putindən Kemerona: `Siyasi mədəniyyəti aşağıdır`


03:02     25 İyun 2016 putin%20kameron.jpg

Rusiya Böyük Britaniyanın seçiminə heç cür qarışmayıb, qarışmır və qarışmağa da hazırlaşmır.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı sammitinin keçirildiyi Daşkənd şəhərində deyib.

V. Putin hesab edir ki, Böyük Britaniyanın Baş naziri Devid Kemronun ölkənin Avropa İttifaqından çıxmasına Putin sevinəcək sözləri ictimai fikrə qeyri-korrekt təsir cəhdidir: “Lakin biz gördük ki, bunun nəticəyə heç cür təsiri olmadı. Səsvermədən sonra isə Rusiyanın hansısa mövqeyi barədə bəyan etməyə heç kəsin haqqı çatmır. Bu, şağı səviyyədə olmasının təzahürüdür”.

Prezident qeyd edib ki, Britaniyadakı referendumun nəticəsi təhlükəsizlik vəziyyətindən narazılıqdan və digər iqtisadiyyatları subsidiyalaşdırmamaq arzusundan irəli gəlir.

Femida.az

Açar sözlər:

Oxunub: 2049