Putin Çinə səfər edib


03:13     25 İyun 2016 putin%20krima%20getdi.jpg

Rusiya prezidenti Vladimir Putin Çinə rəsmi səfərə gəlib.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Pekin hava limanında Rusiya liderini Çinin xarici işlər naziri Van İ qarşılayıb.

Səfər çərçivəsində Vladimir Putin Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. O, Çin Xalq Respublikasının sədri, baş naziri və parlamentin spikeri ilə görüşəcək.

Ümumilikdə iki ölkə arasında 50 sənədin imzalanması nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 1153