Xəstəxanada daha bir dəhşət - Uşaq həkim səhlənkarlığından öldü
03:32 25 İyun 2016
Azərbaycanda xəstəxanada daha bir faciəli ölüm hadisəsi baş verib. Zaqatala rayon mərkəzi xəstəxanasında 6 aylıq uşaq həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib.
Bu barədə xəstənin yaxınları məlumat verib.
Onların sözlərinə görə, uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istəyiblər. Lakin həkimlər deyib ki, özləri əməliyyat edəcəklər. Nəticədə uşaq dünyasını dəyişib.
Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Polis əməkdaşları xəstəxanadadır. Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir.
Zaqatala rayon mərkəzi xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.
"O iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib", - deyə xəstəxanadan bildirilib.(Anspress)
Femida.az
Oxunub: 2184
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək