“ Qızıl oğlan “ İlham Zəkiyevin həyat hekayəsi


17:05     27 İyun 2015 lham-копия.jpg

Qəhrəmanın həyat başlanğıcı...

İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisinin ailəsində anadan olub. Ailədə özündən başqa 3 qardaşı və 1 bacısı var. İlham Zəkiyev 15 yaşından etibarən cüdo ilə məşğul olmağa başlayır. İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışmada qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur.

Qəhrəmanın özəl həyatı...

Qəhrəmanımızın özəl həyatı da maraqlıdır.İlham Zəkiyev 2005-ci ildə əsgərlik xidmətindən qabaq gördüyü və tanıdığı qızla Azərbaycan ənənələrinə uyğun olaraq ailə həyatı qurur. Onların toy günündə ölkə prezidenti də öz təbrik məktubunu göndərir.Hal-hazırda onun 3övladı var 2 oğlan,bir qız. Özünün dediyinə görə "Oğlu İlkin harada Azərbaycan bayrağı görsə, tez bərkdən deyir: "Ata çempion".".

2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı İşıqlı Zülmət filmi çəkilmişdir. [5] İlham Zəkiyev həm də futbol ilə maraqlanır və Bakının Neftçi Bakı klubunun sadiq azarkeşidir. Onun başqa bir xasiyyəti də odur ki, hər dəfə yarışda rəqibinə qalib gəldikdən sonra gəlib onunla nəzakətlə görüşür, ona öz təşəkkürünü bildirir, onun layibli bir rəqib olduğunu bildirir. Bundan başqa İlham Zəkiyev dindar müsəlmandır və gündəlik namaz ibadətini yerinə yetirir.

İlham Zəkiyevin döyüş illəri haqqında anasının xatirələri...

Məşəldar İlham Zəkiyev qəhrəman, tamamilə unikal bir şəxsiyyətdir.O, görmə qabiliyyətini erməni snayperinin gülləsindən sonra itirib. 1996-cı ildə cüdo üzrə təsnifatı keçə bilməyən İlham yığmaya düşə bilmir və əsgər gedir. Orada, cəbhədə snayper gülləsi onun sol gicgahından girib, sağ gicgahından çıxır. Beş gün komada qalır və həkimlər onun öləcəyini bildirirlər.

Beşinci gün İlham rayon xəstəxanasında, anasının səsini eşidib özünə gəlir. Lakin gözlərini açanda, heç nə görmür. O, kor olmuşdu.
İlhamın anası xatırlayır:
Biz onu rayon hərbi hospitalında tapdıq. Vəziyyəti çox ağır idi. Həkimlər ümidlərini itirmişdilər. "İdmançı olduğu üçün ürəyi hələ də mübarizə aparır", - onlar deyirdilər. Mən onu çağırdım, "Oğlum, İlham" dedim.
İlham çox zəif bir səslə mənə cavab verdi, "Mənə soyuqdur" dedi. Onda hamı başa düşdü ki, İlham ölümə qalib gəldi. Mən öz jaketimi çıxarıb onun üstünə sərdim. Yanında əyləşdim, isti çay verdim".

Görmə qabiliyyətini itirməsinə, aldığı bu ağır yaraya baxmayaraq, İlham idmana qayıtmaq üçün özündə güc tapır və ikiqat Paralimpiya Oyunları çempionu, Avropa və Dünya çempionu olur.
Unikal iradəli və ruha sahib bir insandır. O, həm idmançı, həm də ilk növbədə bir insan kimi məşəli daşımağa hamıdan çox layiq idi.

“Qızıl oğlan” yenidən böyük idmanda…

İlham Zəkiyevin sözlərinə görə, 19 yaşında görmə qabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə düşür. Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir fantaziya kimi qəbul edilə bilərdi. Buna baxmayaraq İlham idmana yenidən qayıtmaq üçün yollar arayırdı. 2002-ci ildə o, Gənclər və İdman Naziri Əbülfəz Qarayev ilə görüşür, nazir İlhamın Moskvaya gedərək orada müalicə almasına köməklik edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.

Dövlət öz qəhrəmanını yüksək qiymətləndirir…

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə İlham Zəkiyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib . 2009-cu ildə isə ona Əməkdar İdman Ustası fəxri adı verilib.

Zəkiyev İlham Əzizağa oğlu — paralimpiya oyunlarında iştirak edən azərbaycanlı cüdoçu, 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl çinar" mükafatları laureatı və ilk dəfə keçirilən Bakı2015 Avropa Oyunlarının qalibi.
P.S. “Bütün bu titullara rəğmən İlham Zəkiyev mənim gözümdə Azərbaycanın qəhrəman övladı və erməniyə göz dağıdır.Biz səninlə fəxr edirik.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 9318