`Azərsu`dan `The Daily Mail`ə sərt cavab - Fotofakt


21:51     15 İyul 2016 56ffd91a67f55b87347002cfa2eb8deb.jpg

"Azərsu" ASC Böyük Britaniyanın "The Daily Mail" nəşrinin "Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir" xəbərinə daha bir tutarlı cavab verib.


Femida.az dövlət şirkətinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, 2015-ci ilin noyabr ayının ikinci ongünlüyündə Azərbaycanda səfərdə olmuş Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi Lord Devid Evans, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi, Böyük Britaniya parlamentinin üzvləri - Leyboristlər Partiyasının nümayəndələri Rocer Dankan Qodsiff, Stefn Ceyms Makkabe, Patrisia Skotland və digər şəxslərdən ibarət nümayəndə heyəti 13 noyabr 2015-ci il tarixində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub və ən son texnologiyaya əsasında tikilmiş qurğunun imkanlarını yüksək qiymətləndiriblər. Qonaqlar qurğuda emal olunmuş və krandan gələn sudan içiblər. Bu faktın özü "The Daily Mail" nəşrinin Azərbaycanda suyun keyfiyyətsiz olması ilə bağlı iddiaların həqiqətdən uzaq və qərəzli olduğunu bir daha sübut edir.

Xatırladaq ki, bundan öncə "The Daily Mail" nəşri ekspertlərə istinadən yazıb ki, Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir.

Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.

Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı "üçüncü ölkələr" sırasına aid edib. "Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik", - deyə ekspertlər qeyd edib.

Məsələn, Rusiyada krandan su içmək bir sıra xəstəliklərə, o cümlədən "Hepatit A"-ya yola aça bilər.

Analoji vəziyyət Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdədir.

Femida.az

Açar sözlər:

Oxunub: 3091