Sarkisyanın sonu: Onun qarşısına 5 şərt qoyuldu


15:41     26 İyul 2016 sarkisyan%20meymun9.jpg

Xəbər verdiyimiz kimi iyulun 25-dən bir qrup silahlı dəstə Ermənistanda polis bölməsini ələ keçirib.


Mövcud vəziyyət onsuz da gərgin olan Ermənistan hakimiyyətini bir qədər də narahat edib. Vəziyyətə nəzarət edə bilməyən Sarkisyan rejimi bir müddət əvvəl binaya verilən elektrik enerjisini dayandırsa da, bu vəziyyətdən çıxış yolu olmayıb. Femida.azgalatv.am-a istinadən xəbər verir ki, yaranmış gərginliklə bağlı “İrs” partiyasının rəhbərliyi Sarkisyanın qarşısına 5 şərt qoyub.

Bunlar aşağıdakılardır:

1.Bütün siyasi məhbuslar azad olunmalı
2. Suverenliyin bərpası
3.“Azad olunmuş ərazilər” in qaytarılmaması
4.Etibarlı hökumət yaratmaq
5.Növbədənkənar seçkilər keçirilməli və Sarkisyan hakimiyyətdən uzaqlaşdırılmalı

Onlar qeyd ediblər ki, bu şərtlər yerinə yetirilməsə etirazlarını davam etdirəcəklər.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 33935