İcra hakimiyyətindən açıqlama: “Partlayış hələ davam edir“


21:10     26 İyul 2016 zavod%20partlayis.jpg

Şirvan Şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib.


Femida.az bildirir ki, icra başçısının köməkçisi Vasif Əliyev azvision.az-a deyib ki, zavodda partlayış hələ davam edir. Əraziyə yaxınlaşmaq olmur. Hadisəni nəzarət altına almaq mümkün deyil.

O nun sözlərinə görə partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.

İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.

Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Açar sözlər:

Oxunub: 3900