FHN-nin iki müavini Şirvana getdi- TƏCİLİ


21:11     26 İyul 2016 fhn45.jpg

Bu gün Şirvan şəhərində baş vermiş partlayışla bağlı Azərbaycan fövqəladə hallar nazirinin iki müavini hadisə yerinə ezam olunub.



Femida.az -ın məlumatına görə, fövqəladə hallar nazirinin müavinləri, Faiq Tağızadə və Etibar Mirzəyev artıq hadisə yerindədirlər.

Baş vermiş hadisə ilə bağlı aparılan ilkin araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən ”Araz” zavodunda yanğınla müşayiət olunan partlayış baş verib.

Açar sözlər:

Oxunub: 1828