Qanunsuz ət satanlar məhkəmədə ifadə verdi


21:36     26 İyul 2016 1398947325_mehkeme3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Alıbəy Rzaxanov ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib: "2012-ci ildə ət sexini açmışıq. Mən orda heç bir fəaliyyət göstərməmişəm, sadəcə, həmin obyekti ət kəsmə sexi kimi qohumuma icarəyə vermişdim. Ümumilikdə 1 ya 2 dəfə orda olmuşam. Ancaq bilirəm ki, orada at əti satılmayıb".

Məhkəmədə təqsirləndirilənlər - Sərdar Şahverdiyev və Tamerlan Abdullayev də ifadə verərək dövlət ittihamçısının suallarını cavablandırıblar.

Xatırladaq ki, Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayev Cinayət Məcəlləsinin 200.2-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham olunurlar.

Açar sözlər:

Oxunub: 1386