Şirvandakı yanğının söndürülməsinə helikopter cəlb edildi


21:58     26 İyul 2016 helikopter85.jpg

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.


Bunu Femida.az-a açıqlamasında Şirvan şəhər icra hakimiyyəti başçısının köməkçisi Vasif Əliyev deyib. O qeyd edib ki, yanğının söndürülməsi üçün lazım olan bütün işlər görülür:

“Yanğının şiddətindən içəriyə daxil olmaq mümkün deyil. Ölənlər haqqında məlumat yoxdur. Lakin yararlıların olduğu bildirilir və onlar xəstəxanaya gətirilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1043