Elşən Mustafaoğlunun məhkəməsi oldu


22:33     26 İyul 2016 elsen%20mustafaoglu.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib.

Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə E. Mustafaoğlu ifadə verərək, özünü təqsirli bilməyib.

Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.
Femida.az

Açar sözlər:

Oxunub: 1291