Ramil Həsənov Çavuşoğlu ilə görüşüb


00:31     27 İyul 2016 91de5cbc11b37b2d4f9419918c9e041e.jpeg

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.


Görüşdə R. Həsənov 15 iyulda dövlətə, konstitusion sistemə, hökumətə və xalqa qarşı həyata keçirilmək istənilən dövlət çevrilişi təşəbbüsündən sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Türkiyə Cümhuriyyəti ilə çiyin-çiyinə olduğunu bildirib. O, çevriliş təşəbbüsündən sonra quruma üzv olan ölkələrin yüksək vəzifəli rəhbərləri ilə əlaqələr yaradaraq vəziyyəti izah etdiyini və bunun nəticəsində üzv ölkələrdən Türkiyəyə çox güclü dəstək mesajları alaraq Şuranın saytında yayımladıqlarını deyib.

Görüşdən məmnun olduğunu söyləyən M. Çavuşoğlu türk dövlətləri arasında əməkdaşlığın yüksələn qrafiklə inkişaf etdiyini və bu günə qədər olduğu kimi, bundan sonra Şuraya dəstəyin davam etdiriləcəyini vurğulayıb.(apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1517