Şəkidə ağır qəza: 5 yaralı


00:44     27 İyul 2016 1469548020.jpg

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2016” və “VAZ 21099” markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan 4-ü “VAZ 2106” markalı minik maşınında olub. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma başlayıb. (apa)

Açar sözlər:

Oxunub: 1345