`ABŞ Güləni təhvil verməsə...` - Çiçək


01:08     27 İyul 2016 1469547768.jpg

ABŞ müttəfiqimizdirsə, Fətullah Güləni ekstradisiya etməlidir.


Femida.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş spikeri Cəmil Çiçək deyib.

“ABŞ Güləni təhvil verməyəcəksə, düşünməliyik. Fikrimi soruşsanız, deyə bilərəm ki, Vaşinqton bu addımı atmayacaq. Qərar çıxdıqdan sonra bunun səbəbini izah edərəm. Ya təhvil verməyəcək, ya da 3-cü ölkəyə göndərəcək. Təəssüf ki, beynəxalq arenada belə çirkin oyunlar gedir”, - Çiçək bildirib.

Qeyd edək ki, ABŞ tərəfi Gülənin Türkiyəyə ekstradisiyası üçün rəsmi Ankaradan dəlillər tələb edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1907