Gömrük rəhbərinin evində axtarış aparılıb


01:38     27 İyul 2016 d81cbc62556bb5b78c0167930f0748f6.jpg

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları Federal Gömrük Xidmətinin mərkəzi aparatında axtarış keçirib.


Femida.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, istintaq hərəkətləri Sankt-Peterburqdan olan sahibkar Dmitri Mixalçenkoya qarşı alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində aparılıb.

Axtarışlar həmçinin Rusiya gömrük rəhbəri Andrey Belyaninovun və onun müşaviri Sergey Lobanovun evlərində aparılıb.

Axtarış qeyd olunan şəxslərin xidməti otaqlarında və evlərinə aparılıb. Mənbənin “Gazeta.ru”ya bildirdiyinə görə, istintaq bu şəxslərin qaçaqmalçılıqla əlaqəli qanunsuz fəaliyyəti barədə faktlara malikdir. Məlumata görə, Rusiya gömrük rəhbəri Andrey Belyaninovun iş otağında barəsində cinayət işi başlanmış “Forum” holdinqinin rəhbəri Dmitri Mixalçenkonun vizit kartları aşkarlanıb.

Qeyd edək ki, axtarış zamanı Andrey Belyaninovun evində ayaqqabı qurularında saxlanılan böyük məbləğdə pul vəsaitləri – 10 mln. rubl, 400 min dollar və 300 min avro aşkarlanıb.

Hazırda qeyd olunan pul vəsaitlərinin, həmçinin, qiymətli qələm kolleksiyalarının və nadir sənət əsərlərinin hansı yolla əldə olunması araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 10212