Daşkəsəndə avtobus qəzası - ölən və yaralananlar var


01:50     27 İyul 2016 1359952125_qeza-avariya-main.jpg

Daşkəsəndə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.


Femida.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “PAZ” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində sürücü ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri 1994-cü il təvəllüdlü Tural Cəlalov və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2142