Hərbçilərimiz Rumıniyaya gedir


04:38     27 İyul 2016 4984c108-0c8e-4dda-bcaa-9be8c85f27045.jpg

İyulun 27-dən avqustun 7-dək Rumıniyanın Braşov şəhərində “Saber guardian - 16” çoxmillətli hərbi təlimlər keçiriləcək.


Femida.az `Report`a istinadən xəbər verir ki, təlimlərə ABŞ, Kanada, Polşa, Rumıniya və Bolqarıstanla yanaşı “Sülh naminə tərəfdaşlıq” proqramının üzvləri olan Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova hərbçiləri də qatılacaq.

İyulun 27-də baş tutacaq açılış mərasimində Rumıniyanın müdafiə naziri Mihnya Motok da iştirak edəcək.

Ümumilikdə təlimlərə 2 min 700-dən çox hərbçi cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 5264