İki VAZ toqquşdu: 5 yaralı


04:55     27 İyul 2016 axar.az1393590256qeza.jpg

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə rayonun Kür qəsəbəsindən Yeniabad kəndinə gedən yolda qeydə alnıb. “VAZ 2106” və “VAZ 2103” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib.

Yaralılardan bir nəfərinin Kür qəsəbə sakini, 1994-cü il təvəllüdlü Samirə Əmirovanın vəziyyəti orta-ağır olduğu üçün palataya yerləşdirilib. Digər 4 nəfərə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1389