51 yaşlı kişi özünü asdı


13:15     27 İyul 2016 asdi75.jpg

Şəkidə iki uşaq atası intihar edib.



Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 26-da saat 23.00 radələrində Şəki şəhəri, Güləkli məhəlləsi ev 3 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Nadir Mustafa oğlu Ağayevin yaşadığı evin çardağında asılmış meyiti aşkarlanıb. Onun özünü öldürdüyü müəyyənləşib.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1831