Hakan Şükürə “Qalatasaray” şoku – Klubdan xaric olunur


15:43     27 İyul 2016 hakan%20s.jpg

Fətullah Gülənə yaxınlığı ilə tanınan sabiq futbolçu və millət vəkili Hakan Şükür klubdan xaric oluna bilər.


Bu barədə “Sozcu”yə danışan “Qalatasaray” futbol klubunun prezidenti Dursun Özbək bildirib ki, sabiq futbolçu İntizam Komitəsinə cəlb olunub:

“Bəli, İdarə Heyətinin toplantısında Hakan Şükürün klubdan xaric olunmasını müzakirə etdik. Ortaq bir qərar qəbul etmişik. Hakan Şükür klubdan ixrac tələbi ilə İntizam Komitəsinə cəlb olunub”.

Qeyd edək ki, `Galatasaray`ın əfsanəvi futbolçularından sayılan Hakan Şükür həm də 2011-2015-ci illərdə AKP-nin İstanbul millət vəkili olub.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3074