`Susuzluqdan yanırıq` - Ucar sakinləri etiraz edir (FOTOLAR)


15:55     27 İyul 2016 13833321_644873715671987_1327317386_o%20(1).jpg

Ucar rayon sakinləri tərəfindən Femida.az-a müraciət daxil olub. Bir qrup rayon sakininin imzası ilə daxil olan müraciətdə susuzluqdan şikayət olunur. Rayonun müxtəlif kəndlərində yaşayan sakinlər susuzluqdan təsərrüfatlarının və mal-qaranın məhv olduğunu yazırlar. Müraciəti ixtisarla təqdim edirik:


Ucar Suvarma Sistemləri İdarəsinin rəisi Həsən Qasımovun işini düzgün qurmadığı üçün rayonun kəndləri susuzluqdan yanır. Kənd camatının əkinləri məhv olub, heyvandarlıq sıradan çıxır. Ən əsas isə budur ki, Həsən Qasımovun əməlləri nəticəsində kəndlilər içməyə su belə tapmırlar. İçməyə suyu pulla alan kənd cammatının harayı ərşə çəkilsədə onların səsini Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə eşitmək istəmir, heç bir tədbir görmür.

Rayonun Müsüslü,Qulabənd, Alpoud, Qazyan, Lək, Xalac və digər kəndlərində susuzluqdan təsərrüfatlat tamamilə məhv olub. Kəndlilər min-bir əziyyətlə əkib,becərdikləri əkin sahələri, qoruqları susuzluqdan məhv olub. 21-ci əsrdə Ucar rayon kəndlərinə su zülmü yaşadan Həsən Qasımov dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talayaraq böyük bir var-dövlətə səltənətə sahib olmuşdur. Bakı şəhərində 8 yerdə mənzil alıb kirayəyə vermiş, Ağdaş rayon ərazisində 3 böyük mal-qoyun fermalarına sahib olmuşdur ki, burada 10000 dən çox mal-qara saxlanılır.

Ucar Suvarma Sistemləri İdarəsində adları işdə gedən ancaq özləri işdə olmayan maaş kartları isə Həsən Qasımovun cibində olan " işçilər" çoxlusaydadır.Həmin şəxslər iş stajı yazıılması üçün adlarını işə yazdırıb maaşlarının rəis Həsən Qasımıov tərəfindən götürülməsinə razılaşıblar. Ucar Suvarma Sistemləri İdarəsinə məxsus 4 ədəd təzə "Hunday" markalı texnika ancaq özəl işlərə cəlb edilib. Əhalinin su təminatının yaxşılaşdırmaq üçün lildən təmizləmə, torpaq bərkitmə, qazma, beton kanallarınni, nasos stansiyalarının, hidrotexniki qurğuların əsaslı təmiri adı ilə hər il dövlət büdcəsindən ayrılan küllü miqdarda pulu təyinatı üzrə xərcləmədən talan edən Həsən Qasımov 35 il rəisi olduğu bu idarənin fəaliyyətini tamam iflic edib.Dizel nasoslarına, texnikalara ayrılan yanacaq satdırılıb mənimsənilir. Üzdə olan bir-iki su kanalını təmizləyib gözdən pərdə assalarda kəndlərdə su kanallarını lil, kol-kos və qamış basıb ki, nəticədə də su quruyub, kəndlərə gedib çıxmır.

Beton kanallarda , hidrotexniki qurğularda heç bir təmir işləri aparılmayıb. Elə kəndlər var ki, camaat qurunt sularını istifadə etmək məcburiyyətində qalıblar.Bu isə insanların həyat və sağlamlıqları üçün ciddi təhlükədir.












İmza edən Ucar rayon sakinləri:

Allahverdiyev Behbud Tacəddin oğlu Müsüslü kəndi Rəsulova Gülnaz Şaiq qızı Müsüslü kəndi İsmayılov Sənan Nüsrət oğlu Müsüslü kəndi
Mirəliyeva Almara Əsəd qızı Qulabənd kəndi
Məmmədov Saleh Asif oğlu Qulabənd kəndi
Nurməmmədov Şahin Nurməmməd oğlu Bərgüşad kəndi
Məmmədov Kərəm Balabəy oğlu Bərgüşad kəndi
Novruzov Heydər Yaşar oğlu Bərgüşad kəndi
Qədirov Abdulqədir Salman oğlu Alpoud kəndi
Xəlilov Cəlil Mircəfər oğlu Alpod kəndi
Sadıqov Cəfər Sadıq oğlu Qazyan kəndi
Əliyev Davud Hüseyn oğlu Qazyan kəndi və digərləri


Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 7745


Oxşar xəbərlər